Heydər Camal Qazaxıstanda dəfn olunacaq

gejdar-dzhemal-8Bu gecə vəfat etmiş ictimai xadim, Rusiya İslam Komitəsinin sədri, ilahiyyatçı-filosof Heydər Camal Qazaxıstanın Almatı şəhərində dəfn ediləcək.

Bu barədə mərhumun “Facebook” səhifəsində məlumat verilib.

Dəfn mərasimi dekabrın 6-da saat 11:00-da Almatı şəhərində yerləşən “Kensay-2” qəbristanlığında keçiriləcək.