!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Heydər Əliyev Beynəlxalq Aeroportunda PROBLEM: İnsanlar qapıda qaldılar -  YENİLƏNDİ / FOTO

!Reklam – Yazi

Heydər Əliyev Beynəlxalq Aeroportunun elektrik enerji təchizatında yaranan fasilələrlə əlaqədar sərnişin terminallarının elektrik enerjisi ilə təmin olunması üçün ehtiyat enerji mənbəsindən istifadə edilir.

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, hazırda hava limanının müvafiq xidmətləri hadisənin nəticələrinin aradan qaldırılmasına başlayıb.

Bakı hava limanının müntəzəm enerji təchizatının bərpası üçün bütün lazımi addımlar atılır.

***

15:16

Heydər Əliyev Beynəlxalq Aeroportunda problem yaşanıb.

Yenicag.az xəbər verir ki, A giriş qapısındakı sistemdə yaranan nasazlıq insanların içəri girməsinə mane olub.

Bundan başqa, yüklərin də gecikdiyi bildirilir. Yüzlərlə insan isə yükləri gözləyir.

www.yenicag.az

1037
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv