Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

"Heydər Əliyev böyük əziyyətlər çəkib" - Erkan Özoral

Bu gün Azərbaycanın ümumilli lideri Heydər Əliyevin doğum günüdür.

Yenicag.az xəbər verir ki, bu münasibətlə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Heydər Əliyevin məzarını ziyarət edib.

O, ziyarətdən sonra jurnalistlərə açıqlama verib:

“Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının ən böyük liderlərindən biridir. O, Azərbaycana rəhbərlik etdiyi dövrdən ölkənin inkişafı üçün çalışıb. Heydər Əliyev gördüyü işlərlə həm də bütün Türk dünyasına xidmət edib. Müstəqillikdən sonra Türkiyə-Azərbaycan arasındakı münasibətlərin inkişafı üçün çox böyük əziyyətlər çəkib. Bizim münasibətlərimizdə Heydər Əliyevin çox böyük rolu var. Hər birimiz onu hər zaman ehtiramla anırıq”.

Emin Səfərov

www.yenicag.az

3267