Reklam

Reklam

Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 14 il keçir.

Yenicag.az xəbər verir ki, hazırda dövlət qurumları, siyasi partiyalar, QHT, media orqanları və ictimaiyyət nümayəndələri Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət edirlər. Ziyarətçilər arasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da var. Jurnalistlərin suallarına cavab verən səfir Heydər Əliyevi türk dünyasının ən böyük liderlərindən biri adlandırıb:

“O təkcə Azərbaycanın deyil, böyük türk dünyasının lideridir. Bu gün biz onun xatirəsi önündə baş əymək üçün bir daha bu Xiyabana baş çəkdik. Türkiyə səfirliyi olaraq hər il Fəxri Xiyabana, ulu Öndərin ruhuna dualar oxuyuruq.
Hələ sovetlər birliyi zamanından başlayaraq Azərbaycanın gələcəyini düşünən, müstəqilliyini qazandıqdan sonra da ölkəyə ən pis günündə sahib çıxan, ən zəif olduğu anda ona dayaq duran, xalqı birləşdirib, bugünkü güclü Azərbaycan edən Heydər Əliyevdir. Onun xatirəsi önündə bir daha hörmətlə baş əyirəm”.

Elvin Paşazadə

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1771
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."