Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz bayramı münasibətilə aztəminatlı və digər həssas kateqoriyadan olan ailələrə ərzaq sovqatları çatdırılıb.
Aztəminatlı ailələri və xüsusi qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə saxlayan Heydər Əliyev Fondu mütəmadi olaraq bu istiqamətdə müxtəlif layihələr həyata keçirir.
Ötən müddətdə respublika üzrə sosial yardıma ehtiyacı olan minlərlə ailəyə Yeni il, Novruz və Qurban bayramlarında sovqatlar çatdırılıb, onlar üçün bayram süfrələri təşkil edilib, hədiyyələr verilib.
Budəfəki Novruz bayramında isə respublika üzrə ümumilikdə 100 min ailəyə baş çəkilib, onlara Fondun prezidenti Mehriban Əliyevanın bayram təbrikləri çatdırılıb.
Qeyd edək ki, sovqatların ailələrə çatdırılması mövcud karantin rejiminin tələblərinə əməl olunmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri dəstəyi ilə həyata keçirilib.
“Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti və “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti sovqatların regionlara daşınmasına və paylanmasına dəstək verib.
Novruz bayramı münasibətilə ailələrə çatdırılan sovqata aşağıdakı ərzaqlar daxildir:
1. Çay (“Azərçay” və ya “Final” – 800 qr) – 1 ədəd
2. Qənd (“Azərşəkər” və ya “Gülüm” – 800 qr) – 2 ədəd
3. Şəkər tozu (“Richmond”, ”Azərşəkər” və ya “Evim” – 800 qr) – 2 ədəd
4. Düyü (“Richmond” və ya “Domaşneye” – 800 qr) – 3 ədəd
5. Bulqur (“Mizzo”, 800 qr) – 1 ədəd
6. Makaron (“Karmen”, “Doymak”, “Makara” və ya “Nova mak”) – 2 kq
7. Vermişel (“Karmen”, “Doymak”, “Makara” və ya “Nova mak”) – 2 kq
8. Mərcimək (“Mizzo” – 800 qr) – 1 ədəd
9. Günəbaxan yağı (“Evim”, “Final və ya Yurdum” – 1 lt) – 1 ədəd
10. Əridilmiş yağ (“Ana bala” – 1,745 kq) – 1 ədəd
11. Un (“Karmen”,“Doymak”, “Oman” və ya “Fellini”) – 3 kq
12. Tomat pastası (“Blendo” – 275 qr) – 1 ədəd
13. Duz (“Salute” – 1 kq) – 1 ədəd
14. Konfet (“Karamelka”, “Estella”, “Assorti” və ya “Kometa” – 1 kq) – 1 ədəd
15. Toyuq (“Mərcan” – 1,2–1,4 kq) – 2 ədəd.