Heydər Əliyev Fondu daha bir “Aprel şəhidi”nin ailəsini sevindirdi – FOTOLAR

“Aprel şəhidi” Nurlan Abdullazadənin ailəsinə tikilən ev təhvil verilib.

Yenicag.az xəbər verir ki, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sosial mediadakı hesabında verilən məlumata görə, “Aprel döyüşləri”ndə şəhid olmuş evin tək oğlu Nurlan Abdullazadənin ailəsi yaşadığı evin yararsız halda olması ilə bağlı Birliyə müraciət olunub.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən yeni ev tikilərək, şəhidin ailəsinə təhvil verilib.

Şəhid Nurlan Abdullazadənin ailəsi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.