Rəhman Rəhmanovun müalicəsi üçün bütün xərcləri Heydər Əliyev Fondu üzərinə götürüb.
Bunu Yenicag.az-a açıqlamasında aktyor bildirib:
“Bütün müalicə xərclərimi Heydər Əliyev Fondu öz üzərinə götürüb. Mənə göstərdiyi diqqət və qayğıya görə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkür edirəm. Bu xəbər məni çox qürurlandırdı”.
Qeyd edək ki, əməkdar artistin sağlamlığı ilə bağlı xəbəri ilk olaraq Yenicag.az saytı yayımlayıb.
Cəvahir