15 İyun – Azərbaycan Xalqının Milli Qurtuluş Günü münasibəti ilə Ağstafa rayon Heydər Əliyev Mərkəzində ümumrayon tədbiri keçirilib.
Tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, Milli Məclisin deputatı Nizami Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları öncə Mərkəzin qarşısında xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib müstəqil Azərbaycanın xilaskarı, memarı və qurucusunun əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Bayram tədbiri mədəniyyət və incəsənət nümayəndələrinin təqdimatında geniş konsert proqramı ilə davam etdirilib.