Heydər Əliyev Mərkəzindən Ümumdünya Səhiyyə Təşkilatına dəstək – VİDEO

Aprelin 16-da Heydər Əliyev Mərkəzinin binası üzərinə Ümumdünya Səhiyyə Təşkilatının bayrağı videoproyeksiya olunub. Bununla Azərbaycanın koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə beynəlxalq birliklə həmrəyliyi nümayiş olunub.

Yenicag.az xəbər verir ki, bu barədə Mərkəzdən məlumat verilib.

Qeyd edək ki, aprelin 3-dən başlayaraq hər gün virusdan zərər çəkən dövlətlərin bayraqları həmin ölkələrin musiqisinin müşayiəti ilə mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

COP29