Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

“Heydər Əliyev oğurluğa görə Beycan Fərzəliyevi dama basacaqdı..” – Keçmiş baş nazirə sərt etiraz

Reklam: High Technic

20 ildən artıqdır, Türkiyədə mühacirətdə yaşayan tanınmış hərəkatçı Beycan Fərzəliyevin səsləndirdiyi fikirlər sabiq cəbhəçiləri qəzəbləndirib.

Yenicag.Az xəbər verir ki, “Xural” qəzetinin “Qaynar qazan” layihəsinin qonağı olan hərəkatçı, Naxçıvan Muxtar Respublikasının keçmiş baş naziri Beycan Fərzəliyev müsahibəsində Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradılmasında xüsusi iştirakı haqqında danışıb.

Fərzəliyevin sözlərinə görə, AXC-nin qərargahı olana qədər, təşkilatın toplantıları onun evində keçirilib:

“Xalq Cəbhəsi belə, qısa-qısa yarandı. 10 kişi, 15 kişi ilə. Xalq Cəbhəsi birdən-birə yaranmadı. Birdən-birə yarananın da adı Xalq Cəbhəsi deyildi. Sonralar yarandı. Bayaq dediyiniz bir sual var ki, “Beycan bəyin evi təşkilatın qərargahı idi?”

Onu deyim ki, Azərbaycan Xalq Cəbhəsi öncədən bilinmiş bir təşkilat deyildi ki, yeri, yurdu olsun. İnsanların bir yerə yığışması, toplaşması, dərdləşməsi lazım idi. Toplaşmaq üçün çayçılar var idi, amma yavaş-yavaş da çayçıdan başqa bir yerə getmək lazım idi.

İlk yer Azərbaycan Politexnik İnstitutu, bizim laboratoriya oldu. İlk toplantımız da laboratoriyada oldu. İlk qərargah orada idi. Ta ki, Xalq Cəbhəsi, Xalq Cəbhəsi olana qədər, bir yer olmalı idi. O baxımdan əsas toplantıları evdə keçirirdik”.

AXC İdarə Heyətinin ilk tərkibinin üzvü olmuş Zərdüşt Əlizadə isə Yenicag.Az-a açıqlamasında Fərzəliyevi demokratik hərəkata ləkə vuran neqativ fiqurlardan biri kimi dəyərləndirib:

“Beycan kim idi, o vaxt hansı nüfuzu, imkanları vardı ki, Xalq Cəbhəsinin yaradılmasında müstəsna xidmətləri olsun. Xatırlayıram ki, Beycan o vaxt Elçibəylə yaxın idi və hər zaman onun ətrafında dolaşırdı. Ola bilər, üç-beş nəfər həmyerlisi ilə evində toplaşıb-danışıblar.

Ancaq AXC-nin hansısa rəsmi toplantısı əlbəttə ki, onun evində keçirilməyib. Ümumiyyətlə, o, demokratik hərəkata ləkə vuran avantüristin, təxribatçının, şöhrətpərəstin biri idi”.

Əlizadə bildirib ki, Fərzəliyevin guya Naxçıvanın baş naziri olmaq istəməməsi, heç bir vəzifədə gözünün olmadığı haqda dedikəri də ağ yalandır:

“Hər kəs bilir ki, Beycanı məhz Elçibəyin xahişi ilə Heydər Əliyev Naxçıvanın baş naziri təyin etdi. Ancaq oğru xisləti özünü çox gözlətmədi. Bundan qəzəblənən Heydər Əliyev oğurluğa görə Beycan Fərzəliyevi dama basacaqdı.
Ancaq o birtəhər canını qurtararaq, Türkiyəyə qaçdı və neçə ildən sonra zühur edərək, özünü hərəkatın az qala mərkəzi fiquru kimi göstərir”.

Həmsöhbətimiz bildirib ki, Fərzəliyevin Nobel mükafatına iddia edəcək elmi tədqiqat üzərindəki çalışmaları da blefdən başqa bir şey deyil:

“Ay qardaş, Beycan hara, Nobel mükafatı hara… Gülməlidir. Onun elə bir elmi-savadı yoxdur axı… İnstitutda işlədiyi vaxt da rüşvətxorluqla ad çıxarıb… Belə bir adam Nobel mükafatı ala bilərmi?”

A.Zeynalov
Yenicag.Az

www.yenicag.az

923
SFERA
VETENINFO
AZNEWS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM