!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Heydər Əliyev prospekti qaranlığa qərq oldu

!Reklam – Yazi

Biləsuvar şəhərinin Heydər Əliyev prospektini işıqlandıran lampaların yanmaması səbəbindən küçə qaranlığa qərq olub.

Yenicag.az xəbər verir ki, bu barədə Report-a sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, prospekt yolunun kənarındakı işıqlar uzun müddətdir ki, yanmır.

Qeyd olunub ki, bu küçədə axşam vaxtı piyadaların əksəriyyəti yol qırağı ilə hərəkət edir:

“İşdən qayıdanlar, dərsdən gələn məktəblilər çox vaxt qaranlıq yollarla irəliləmək məcburiyyətində qalırlar. Xüsusən sürücülər əsas prospektdə işıqların yanmamasından çox narahatdırlar. Onlar bu halın təhlükənin – qəzaların baş verməsinin əsas səbəblərindən hesab edirlər”.

Məsələ ilə bağlı Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Qabil Xammədov bildirib ki, küçə işıqlarında baş verən fasilələrin birdəfəlik aradan qaldırılması üçün əsaslı işlərin görülməsinə başlanılıb:

“Problemin yaranmasının əsas səbəbi kanalizasiya işləri vaxtı yeraltı elektrik xəttlərində ciddi zədələnmələrin olmasıdır. Yaxın vaxtlarda bu xətlər dəyişdirilərək, fasiləsiz gecə işıqlanması təmin edilib. Hazırda Heydər Əliyev küçəsində iş görülür, tezliklə bu küçənin də işıqlanması tam bərpa olunacaq”.

www.yenicag.az

304
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv