Heydər Əliyev prospektində qəza: avtomobil 4 qadını vurdu

Mingəçevir şəhərində 4 piyadanı avtomobil vurub.

Yenicag.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil 4 nəfər qadını vurub.

Yaralılar xəstəxanaya çatdırlıb.

Faktla bağlı araşdırmalara başlanılıb.