Heydər Əliyev prospektində QƏZA

Heydər Əliyev prospekti, körpünün altında yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb.

Bununla yanaşı, sürücülərin diqqətinə çatdırmaq istəyirik ki, hazırda Heydər Əliyev prospekti, “ASK Arena”-nın qarşısı, mərkəz istiqamətində də təmir işləri aparılır.