Heydər Əliyev prospektində təmir işləri gedir

Bakının Heydər Əliyev prospektinin şəhər istiqamətində olan yan yolunda təmir işləri aparılır.

Yenicag.az xəbər verir ki, bu ba Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Qurum sürücülərdən ərazidə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətinə uyğun prospektin əsas yolundan istifadə etməyi tövsiyyə edib.