Heydər Əliyev prospektində yol qəzası – Sıxlıq yarandı – FOTO

Bir qədər əvvəl Bakının Heydər Əliyev prospektində (hava limanından mərkəz istiqamətində) yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumatda həmçinin deyilir ki, hazırda hadisənin baş verdiyi ərazidə sıxlıq müşahidə olunur.