Heydər Əliyev prospektində zəncirvari qəza

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, Heydər Əliyev prospektində, Sabunçu dairəsinin yaxınlığında “Opel”, “Mercedes” markalı minik avtomobilləri ilə “Ford transit” mikroavtobusu toqquşub.

Hadisə yerinə təcili tibbi yardım maşını və yol polisi cəlb olunub. Xəsarət alanların olduğu bildirilir.