Reklam

Reklam

TÜİB sədri Hüseyin Büyükfırat ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Yenicag.az-a danışan iş adamı Heydər Əliyevin Azərbaycanı çətin günlərdən xilas etdiyini bildirib:

“Allah ümummilli lider Heydər Əliyevə rəhmət eləsin. Mən ilk dəfə 1992-ci ildə buraya gəlmişəm. O illərdə Azərbaycanın nə qədər çətin vəziyyətlərdən keçdiyini yaşayaraq görmüşəm. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkədə yaratdığı stabillik bu gün də öz qüvvəsini saxlayıb. Bu gün hamının təhlükəsiz və əmin-amanlıq şəraitində yaşadığı bu ölkəni onun hansı çətinliklərlə qurduğunu və özündən sonra necə bir ölkə qoyub getdiyini hamı bilir. Buna görə də ona minnətdarıq. Heydər Əliyevi rəhmətlə anırıq. Arzu edirik ki, Azərbaycan daha da güclənsin.”

Büyükfırat həmçinin, Heydər Əliyevin türk iş adamlarına göstərdiyi qayğıdan da söz açıb:

“O, bizim üçün yaxşı şərait yaratdı, önümüzü açdı. Bu gün Azərbaycan çox sayda türkiyəli iş adamı fəaliyyət göstərir. Qeyri-neft sektoruna ən çox sərmayə yatıran ölkə Türkiyədir. Bütün bunlarda Heydər Əliyevin böyük əməyi var.”

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1275
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."