!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Heydər Əliyev – xalqın qəlbində və müqəddəs diləklərində yaşayan lider

!Reklam – Yazi

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar paytaxtın Nəsimi rayonunda silsilə tədbirlər keçirilir, İdarə, müəssisə və təşkilatlarda, elm, təhsil və səhiyyə müəssisələrindəki tədbirlərdə Ulu öndərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilir. Nəsimi rayon rəhbərliyi, idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatlarının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin, KİV nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilmişdir.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb. Bildirib ki, Ümummilli Lideri mənsub olduğu xalqa bəxş edən günün özü də ümummilli önəm daşıyır. Milli dövlətçiliyin inkişafını və qüdrətlənməsini təmin edən tarixi şəxsiyyətin həyatı və fəaliyyəti bu tarixin özü ilə eyniləşir, bu dövrün başlıca mahiyyətini təşkil edir. Heydər Əliyev çağdaş Azərbaycanın tarixinin yönünü və məzmununu müəyyən etməklə zamanın fövqünə yüksəlib, əbədiyyət qazanıb. O, xalqının taleyində dönüş yaradaraq ölkəsini tənəzzüldən tərəqqiyə qovuşdurub.

Dövlətmizin başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Ölkə cəmiyyətindən daim dəstək alan, ənənə ilə novatorluğun, müasir qloballaşma dövründə istənilən məsələ üzrə Azərbaycanın milli maraqlarının sadiq təminatçısı kimi çıxış edən Prezident İlham Əliyev ulu öndərin layiqli davamçısı olaraq beynəlxalq miqyasda da ölkəmizin yeganə və alternativsiz lideri kimi qəbul edilir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında həllini gözləyən istənilən dövlət əhəmiyyətli məsələ ilə bağlı konkret proqramlar hazırlanır və onlar uğurla icra edilir. Prezident İlham Əliyevin qazandığı ümummilli etimad və beynəlxalq dəstək Heydər Əliyev siyasi irsinin böyük qələbəsi, ölkəmizin isə uğurlu gələcəyinin qarantıdır.

Tədbirdə İnsan Hüquqları üzrə müvəkkil Ombudsman Elmira Süleymanova, Auditorlar Palatasının Sədri Vahid Novruzov, Hesablama Palatasının Sədri Vüqar Gülməmmədov, Milli Məclisin deputatları Fəttah Heydərov, Eldar İbrahimov, Hadı Rəcəbli, Məlahət İbrahimqızı, Ülvi Quliyev, Çingiz Qənizadə, Sevinc Hüseynova ,Vahid Əhmədov, Cavanşir Paşazadə, Elman Nəsirov, Mahir Aslanov, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsinin sədr müavini Aynur Sofiyeva, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və digər rəsmi qonaqlar iştirak edirdilər.

Azərbaycan Televiziyasının Gülarə Əliyeva adına “Dan Ulduzu” ansamblının iştirakı ilə keçirilən konsertdə Fikrət Əmirovun, Müslüm Maqomayevin, Cahangir Cahangirovun, Emin Sabitoğlunun, Tofiq Quliyevin əsərləri ifa edilmiş və xalq artisti Mənsum İbrahimovun, əməkdar artistlər Zakir Əliyevin, İlqar Muradovun, Cahangir Qurbanovun, tanınmış incəsənət nümayəndələri – Rövşən Əzizin, Pərviz Qasımovun, Rəşad İlyasovun, Fəridə Hüseynovanın, Səbinə Ərəblinin, Ayşən Mehdiyevanın, Sərxan Bünyadzadənin və digərlərinin ifaları, xüsusilə əməkdar artist Anar Şuşalının ifasında Sevil Əliyevanın “Ana” mahnısı mərasimi daha rəngarəng etmişdir.

Tədbir boyunca Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən slayd göstərilmişdir.

www.yenicag.az

1595
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv