Heydər Əliyevin 100 illiyi ilə əlaqədar yubiley medalının təsis edilməsi barədə layihə II oxunuşda qəbul olundu
Milli Məclis “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təsdiq edib.
Yenicag.az-ın xəbərinə görə, məsələ parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Qeyd olunub ki, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunun 2-ci maddəsinə “Vətən Müharibəsi Qəhrəmanı” medalı hissəsindən əvvəl “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı məzmunda yeni hissə əlavə edilir.
Layihə səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.