Heydər Əliyevin 100 illiyi yubiley medalı təsis ediləcək.
Yenicag.az-ın xəbərinə görə, bu barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.