!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert proqramı – FOTOLAR

!Reklam – Yazi

Dövlət Uşaq Filarmoniyasının “Sədəf” Xalq Çalğı Alətləri Ansamblı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı ilə çıxış edib.

Filarmoniyadan Yenicag.az-a bildirilib ki, konsert proqramı da zəngin və rəngarəng repertuarı ilə seçilib. Proqramda xalq mahnıları və rəqsləri, tanınmış bəstəkar mahnıları, muğam və təsniflər ifa olunub.

Konsertin əvvəlində 44 günlük Vətən müharibəsində şəhid olmuş Toğrul Hacıyevin və bütün şəhid qardaşlarımızın ruhları bir dəqiqəlik sükutla yad edilib. Vətənimizin igid oğlu Toğrul Hacıyev “Sədəf” xalq çalğı alətləri ansamblının üzvü olub.

Sonda solistlər musiqisi Ramiz Mirişli, sözləri isə Fikrət Qocaya məxsus olan “Bayram axşamlarında” mahnısı ilə tədbir iştirakçılarını təbrik edib.

Qeyd edək ki, konsertin informasiya dəstəkçilərindən biri Yenicag.az saytıdır.

Cəvahir

www.yenicag.az

720
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv