Heydər Əliyevin 95 illiyi ilə əlaqədar tədbir keçirildi

Heydər Əliyevin 95 illiyi ilə əlaqədar – “Hüquqi dövlət quruculuğunda media təminatı” adlı tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirdə giriş nitqi ilə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra, bir çox sahələrdə, o cümlədən, media sahəsində inkişafa nail olunub:

“Onun qəbul etdiyi qərarlar nəticəsində ölkədə mətbuat üzərində senzura ləğv olundu, bununla yanaşı, mətbuat azadlığı təmin edildi. Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində ordu quruculuğu və müdafiə sahəsində bir sıra mühüm addımlar atıldı, atəşkəsə nail olundu. Heç şübhəsiz ki, Heydər Əliyevin Azərbaycanla bağlı gördüyü işlər bu gün də öz töhfəsini verməkdədir”.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Vüqar Əliyev qeyd edib ki, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra media üzərində senzuranı ləğv etdi:

“Heydər Əliyevin atdığı bu addım nəticəsində mediamız yeni inkişaf mərhələsinə qədəm qoydu. Mətbuat Şurasının yaradılması ilə mediaya dəstək daha da artdı. Heydər Əliyev siyasətinin davamçısı olan İlham Əliyev də mediaya xüsusi diqqət göstərdi. Jurnalistlərin məşiət şəraitinin yaxşılaşdırılması üçün evlər verilib. İlham Əliyev 100-lərlə jurnalistləri mükafatlandırıb, bir çox media qrumlarına maddi yardımlar edilib. Cənab prezidentin özü də bir neçə dəfə jurnalistlərin dostu elan edilib.

1998-ci ildən sonra Azərbaycanda müstəqil televiziyalar fəaliyət göstərməyə başladı. Hazırda davam edən dövlətimizin media siyasəti Heydər Əliyevin qoyduğu siyasətin davamıdır”.