1997-ci il senytabr ayında Prezident Heydər Əliyevin İtaliyaya rəsmi səfəri baş tutub.
Yenicag.az Azərtac-a istinadən xəbər verir ki, səfər zamanı Ulu Öndər öz istəyi ilə Kapri adasını ziyarət edib.
Elə həmin vaxt nikahları yenicə kəsilən bir cütlüyün Piazzetta Meydanında Heydər Əliyevlə təsadüfi və unudulmayacaq görüşü gerçəkləşir.
Heydər Əliyev ailə həyatı quran gənclərə xoşbəxtlik arzulayır və onlara Azərbaycan xalçası hədiyyə edir.
Həmin cütlük illər sonra Bakıya gəlib. Onlar təəssüratlarını bölüşüblər.