!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Heydər Əliyevin qarşımıza qoyduğu məqsədlərə çatmışıq” – Əli Həsənov

!Reklam – Yazi

eli-hesenov5Bu gün Bakı Dövlət Universitetində (BDU) 28 May – Respublika Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən universitetin rektoru Abel Məhərrəmov Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) çox böyük əsərləri olduğunu deyərək, BDU-nun da bu yadigarlardan biri olduğunu qeyd edib.

O, AXC dönəmində təhsilə verilən qiymətə toxunaraq, bütün sahələrdə islahatlar aparıldığını vurğulayıb. A. Məhərrəmov bildirib ki, Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra Heydər Əliyev Azərbaycanı parçalanma təhlükəsindən xilas edib: “Ümummilli liderin hakimiyyəti dövründə Azərbaycan çox böyük nailiyyətlərə imza atdı və həmin siyasət hazırda ölkə rəhbəri İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov çıxışında AXC-nin tarixi, AXC dövründəki ictimai-siyasi vəziyyət və digər məsələlərə toxunub. O, AXC hakimiyyətinin mənfi və müsbət qərarlarının olduğunu vurğulayıb: “O vaxt sərhəd bölgələrində tənzimlənmə məsələləri aparıldı, dostluq və qonşuluq haqqında öhdəliklər götürüldü. Çox təəssüf ki həmin dövrdə bu gün bizi içimizdən yandırıb yaxan qərar verildi. Çox təəssüf ki, Xalq Cümhuriyyətinin qurucuları o zaman Aleksandropol quberniyası adlanan İrəvan xanlığının ərazisini ermənilərə milli dövlət yaratmaq üçün güzəştə getdi. Əlbəttə ki, o zaman ermənilər dövlət yaratmaq məsələsini ciddi şəkildə qoymuşdular və yaradacaqdılar. Amma niyə bu, məhz Azərbaycan ərazisində olmalıydı?”

Ə. Həsənov eyni zamanda qeyd edib ki, həmin vaxt Osmanlı imperiyasının İrəvan xanlığının itirilməsində vermədiyi dəstəyi Bakının azad olunmasında ifadə olunub: “Bakı işğaldan azad olundu və sonrakı dövrdə milli paytaxta çevrilə bildi. Xalq Cümhuriyyəti hökumətinin Bakıya köçürülməsi və ondan sonra burada fəaliyyət göstərməsi Xalq Cümhuriyyəti qurucularının Azərbaycan xalqı qarşısında da ən böyük xidmətlərindən biridir. Çünki İrəvan və başqa ərazilər itirilən kimi Bakı da itirilə bilərdi”.

Ə. Həsənov qeyd edib ki, 23 ay fəaliyyət göstərən AXC digər əsas uğuru Azərbaycan dövlətinin əsas təsisatlarının yaradılması olub: “Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələrkən o hakimiyyətin qurduğu bütün təsisatlara yenidən qayıtdıq, onların yaratdığı demokratik idarəçilik sistemi, vətəndaş birliyi ideyaları, sivil vətəndaş cəmiyyəti normaları, bazar iqtisadiyyatı prinsipləri, region ölkələri ilə əməkdaşlıq normaları- bütün sahələr üzrə Xalq Cümhuriyyətinin müvafiq təsisatlarına sahib çıxdıq”.

Ə. Həsənov Azərbaycanın ikinci dəfə müstəqillik əldə etdikdən sonra baş verən proseslərə də toxunub və bildirib ki, müstəqilliyi Azərbaycan xalqı qazanıb: “O dövrdə Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti “türkün türkdən başqa dostu yoxdur” deyərək Azərbaycanda etnik qarşıdurmaya rəvac vermişdi. Ümummilli lider isə xüsusi çağırışla Azərbaycan ərazisindəki bütün vətəndaşların milli birlik platformasını elan etdi və bunu təməl prinsipi kimi qoydu. Hakimiyyətə gələn kimi də dərhal bunun ideoloji əsaslarını işləyib hazırladı və dövlət səviyyəsinə qaldırdı. Bu, azərbaycançılıq ideologiyası idi. Dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq hər kəs Azərbaycan dövlətinə bağlılıq hissi ilə yaşayır və dövlət bütün vətəndaşlara eyni şəkildə xidmət göstərir. Heydər Əliyevin ikinci əsas prinsipi cəmiyyətdə mövcud qarşıdurmanın aradan qaldırmaq üçün dövlət təsisatlarının yaradılması və möhkəmləndirilməsi idi.

Ə. Həsənov əlavə edib ki, bu gün Azərbaycan Heydər Əliyevin qarşısına qoyduğu əsas məqsədlərə çatıb: “Bu gün Azərbaycan formalaşmış bir dövlətdir. Özünün iqtisadiyyatı, güclü ordusu var. Azərbaycanda milli birlik mövcuddur və bu, Azərbaycanın yürütdüyü siyasətdə öz əksini tapır. Azərbaycanın beynəlxalq aləmdə çox gözəl münasibətləri var. Hazırda dünyanın əsas enerji təchizatçılarından və sivil birgəyaşayış normalarına sahib tərəfdaşlarından biri statusunu qazanıb. Ölkəmizin yürütdüyü siyasət bu gün bütün dünyanı əhatə edir. Bu anlamda 93 illiyini qeyd etdiyimiz Azərbaycan dövlətinin təməli sağlamdır, onun idarəçiliyində sağlam insanlar durub”.

Çıxışlardan sonra Üzeyir Hacıbəyovun əsərləri əsasında hazırlanmış “Məsəl, ya…” tamaşası nümayiş etdirilib.(APA)

www.yenicag.az

798
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv