Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Heydər Əliyevin yubileyini əsgərlərlə birgə keçirdilər - FOTOLAR

Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr edilən konsert proqramı keçirilib. Lider TV- nin “7 Gün” verilişinin layihə rəhbəri və aparıcısı Arzu Həmzəyevanınn təşkilatçılığı ilə baş tutan konsert proqramı Yevlaxda, N saylı hərbi hissədə baş tutub.

Arzu Həmzəyeva və Könül Muxtarovanın aparıcılıq etdiyi konsert proqramı Azərbaycan Respublikasının Himni ilə başlayıb. Konsertdə bir çox məşhurlar da iştirak edib. Xalq artisti Ağadadaş Ağayev, rəqqasə Fatimə Fətəliyeva, müğənnilər Şəbnəm Qəhrəmanova, Ruzigar, Elçin, Tərlan Novxanı, Mehdi Masallı, Rəşad İlqaroğlu və Rəhman ailəsinin kiçik nümayəndəsi olan Nuray çıxış edib. Onlar öz mahnıları ilə əsgərlər üçün yadda qalan anlara imza atıblar. Konsert proqramının davamında hərbi hissənin kəşfiyyatçı dəstəsi Tünzalə Ağayevanın “İgidlər” mahnısının sədaları altında öz fəndlərini nümayiş etdikdən sonra Azərbaycan Respublikasının üç rəngli bayrağını dalğalandırıblar.

Son olaraq göstərilən diqqət və yaradılan şərait üçün minnətdarlığını bildirən “7 Gün” proqramının aparıcıları, Arzu Həmzəyeva ilə Könül Muxtarova Hərbi Hissə komandiri tərəfindən verilən fəxri fərmanla təltif olunub. “7 gün” verilişinin layihə rəhbəri Arzu Həmzəyeva jurnalistlərə açıqlamasında bəzi məşhurların konsert proqramında çıxış etməkdən imtina etdiyini bildirib:

“Mən qalmaqalı sevən insan deyiləm. Məhz bu səbəbdən heç kimin adını açıqlamayacam. Ancaq istəyirəm hər kəs bilsin ki, bu konsert proqramına çoxlu sayda məçyhurlar dəvət olunmuşdu. Ancaq onlar özlərinə əziyyət verib, 3 saatlıq yol gəlmək istəmədilər. Gələnlərə isə təşəkkür edirəm. Azərbaycan torpaqlarının keşiyində dayanan əsgərlərimizi Allah qorusun. Onlarla görüşmək hər birimiz üçün qürurdur”.

Məlumat üçün bildirək ki, sözügedən konsert proqramı bu gün səhər saatlarında Lider TV-nin efirində yayımlanıb.

www.yenicag.az

2364
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS