!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Heydər Əsədov ikinci “Beynəlxalq Bank” skandalını hazırlayır?

!Reklam – Yazi

1463664577_6İddia: Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin fəaliyyəti yoxlanılarsa, ölkə ikinci “Beynəlxaq Bank” qalmaqalı ilə sarsılar

Güzəştli kredtin “dəllallıq işləri” kimin əlindədir; Rüfət Rüstəmzadə ilə Abbas Qaraçiyev kənd təsərrüfatının inkişafını necə bədbəxt edirlər; Kənd təsərrüfatının inkişafına ayrılan güzəştli kreditlərin qaranlıq taleyi; Heydər Əsədovun “gözünün tutmadığı” Abbas Qaraçiyev milyonları necə mənisəyir; Abbas Qaraçiyev həm kredit verir, həm də verilən kreditlərə nəzarət edir…

Kənd Təsərrüfatı Nazirliyindən Milliyol.az-a daxil olan məlumata görə, nazirliyin nəzdində fəlaliyyət göstərən Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətində ciddi şəkildə dövlət vəsaitlərinin mənimənillməsi prossesi gedir. Xüsusən dövlət tərəfindən kənd təsərrüfatının inkişafına yönləndirilən güzəştli kreditlər əslində nəzərdə tutulan istiqamətə yönləndirilmir.

Kənd təsərrüfatının inkişafına yönləndirilən güzəştli kreditlər sənədlərdə kənd təsərrüfatı obyektlərinə ayrılsa da, əslində həmin vəsaitlər ayrı-ayrı məmurların nəzarətində olan və bu sahə ilə əlaqəli olmayan sahələrə yönləndirilir.
Mənbə bildirir ki, əgər Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin fəaliyyəti yoxlanılarsa, ölkə ikinci “Beynəlxaq Bank” qalmaqalı ilə sarsılar.
Heydər Əsədovun “gözünün tutmadığı” Abbas Qaraçiyev
Kənd Təsərrüfatı nazilriyin xətti ilə regionlarda sahibkarlığın inkşafı üçün ayrılan milyonlala manat kretditlərin əslində ayrı-ayrı şəxslərin biznesinə yönləndildiyi və bu qazanclı işin əsas dəllallığınının Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəis müavini Abbas Qaraçiyevin həyata keçirdiyi iddia olunur.
Qeyd edək ki, daha əvvəl sabiq kənd təsərrüfatı naziri, hazırda baş nazirin müavini İsmət Abbasovun adamı olaraq bilinən Qaraçiyev keçmiş nazirin zamanda da kreditlərin “bölüşdürülməsində” əsas söz sahibi olaraq çıxış edib. Lakin Heydər Əsədov nazir təyin olunduqdan sonra bir müddət Abbas Qaraçiyev yeni nazirin “qara siyahısında” yer alıb. Qarçiyevi “gözü tutmayan” Heydər Əsədov onun rəhbərlik etdiyi qurumu ləğv edib və yerində Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətini yaradıb. Həmin xidmətə isə özünə yaxın olan Rüfət Rüstəmzadəni təyin edib.
Qeyd edək ki, Rüstəmzadə əvvələr nazirlikdə Strateji Planlama şöbəsinin müdiri olaraq çalışıb. Abbas Qaraçiyev isə faktiki olaraq işsiz qalıb. Lakin sonradan İsmət Abbasovun təkidi ilə Heydər Əsədov onu Rüfət Rüstəmzadəyə müavin təyin edib.
Rüstəmzadə Qaraçiyev tandemi və mənimsənilən güzəştli kreditlər
Mənbəmiz qeyd edir ki, Rüfət Rüstəmzadə əvvələr müavinini sıxmağa başlasa da, sonradan Abbas Qaraçiyevin Heydər Əsədovla müansibətləti istiləşməyə başlayıb. Təbii ki, bu əlaqələrin istiləşməsində güzəştli kreditlərdən əldə olunan külli miqdarda gəlirin hesabının nazirə dəqiq şəkildə çatdırılması olub. Hər vasitə ilə Heydər Əsədovun etimadını qazanmağa çalışan Abbas Qaraçiyev özünü yeni nazirin yanında sədaqətli və dürüst adam kimi göstərməklə yanaşı, eyni zamanda Rüfət Rüstəmzadə ilə də dil tapmağa nail ola bilib.
Kənd Təsərrufatı Nazirliyndəki mənbəmizin sözlərinə görə, Rüfət Rüstəmzadə Qaraçiyevə qarşı cəbhə açacağı halda özünün daha çox ziyan görə biləcəyini və bundan “ümumi işlərə” fayda gətirməyəcəyini düşünən Xidmət rəisi təcrübəli müavini ilə əlbir işləməyə qərar verib. Bundan sonra isə Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətidə güzəştli kreditlərin verilməsində əsas söz sahibi yenidən Abbas Qaraciyev olub.
Güzəştli kredit məsələsində “dəllallıq işlərinin” Abbas Qaraçiyevin əlinə keçməsi istər Heydər Əsədova, istər İsmət Abbasova, istərsə də Xidmətin rəisi Rüstəmzadəyə sərf edib.
Qeyd edək ki, hazırda Abbas Qaraciyevin və Rüfət Rüstəmzadənin əsas gəlir mənbəyi nazirlik tərəfindən verilən kreditlər və vaxı ilə uzun müddətə verilmiş vəsaitlərdir. Belə ki, vaxtı ilə bankların, kredit ittifaqlarının və bank olmayan təşkilatlaırn xətti ilə sahibkarlara verilən milyonlarla manatlıq kreditlər indi tamamilə Rüfət Rüstəmzadə ilə Abbas Qaraciyevin nəzarətindədir və mənbə bildirir ki, “kreditdlərin veriləməsi ilə bağlı bütün danışıqları” məhz Qaraçiyev həyata keçirilir. Və hazırda bu xidmət ölkənin “ən pullu yerlərindən” biri hesab olunur.
Kənd təsərrüfatının inkişafına ayrılan güzəştli kreditlərin qaranlıq taleyi 
Mənbə bildirir ki, kənd təsərrüfatının inkişafına ayrılan güzəştli kreditlər təyinatı üzrə sərf olunsaydı, Azərbaycanda kənd təsərrüfatının normal inkişafını müşahidə etmək olardı. Lakin istər İsmət Abbasovun zamanıda, istərsə də Heydər Əsədovun zamanında kənd təsərrüfatının inkişafına ayrılan güzəştli kreditlər bir qayda olaraq mənimsənilib və mənimsənilməkdə davam edir.
Mənbənin bildirdiyinə görə, kənd təsərrüfatının inkişafına ayrılan güzəştli kreditlərin mənimsənilməsi prosses çox sadədir. Birinci halda müəyyən iri çaplı məmurun xahişinə əsasnə hansısa iş adamı Abbas Qaraçiyevin yanına gəlir. Əgər “müştəri” hansısa bir məmurun tapşırığına əsasən gəlibsə, həmin şəxs Abbas Qaraçiyevlə görüşür. Görüşdə əsəasən “şapka” məsələsi müzakirə olunur və “şapka” problemi həll olunuduqdan sonra heç bir problem olmadan həmin şəxsə güzəştli kredit verilir. Kredit kənd təsərrüfatına yönləndirilməsə də, sənədlərdə kənd təsərrüfatı olaraq göstərilir və bir qayda olaraq krediti alan şəxsin yaxın adamı olan hansısa fermerin adına sənədləşdirilir.
İkinci halda isə kredit ümumiyyətlə Rüfət Rüstəmzadə ilə Abbas Qaraçiyevin yaxın adamlarına ayrılır. Yenə də kredit sənədlərdə kənd təsərrüfatına yönləndirilir. Amma ayrılan vəsait bir neçə nəfər arasında mənimsənilir. Bu tipli kreditlər adətən “problemli kreditlər” siyahısına salınır və demək olar ki, onların 90 faizi geri ödənilmir.
Qeyd edək ki, dövlət vəsaitlərini bu şəkildə mənimsənilməsi bir adət halını alıb. Ötən il ölkə Beynədxalq Bankdan oğurlanan milyardlarla manat vəsait şoku ilə sarsılmışdı və hazırda istintaqı aparılan həmin işdə həbs olunan onlarla iş adamı var. Mənbə bildirir ki, Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin fəaliyyəti diqqətlə araşdırılarsa, o zaman Rüfət Rüstəmzadə-Abbas Qaraciyev cütlüyünün dövlətdən milyonlarla manat vəsait oğurladıqları ortaya çıxacaq.
Abbas Qaraciyev həm kredit verir, həm də verilən kreditlərə nəzarət edir
Mənbə qeyd edir ki, demək olar ki, ötən il kənd təsərrüfatının inkişafına ayrılan 20 milyonluq güzəştli kreditin təxminən 4-5 milyonu aidiyyatı üzrə yönləndirilib. 20 milyonun qalan hissəsi isə Rüstəmzadə-Qaraçiyev cütlüyü və bank rəhbərləri tərəfindən tamam başqa bir biznes sahəsinə yatırılıb.
Ancaq kreditlərin icrasına nəzarət Abbas Qaraçiyevin əlində olduğu üçün böyük mənimsəmə halları asanlıqla ört-basdır edidir. Bir çox hallarda isə bank rəhbərləri kredit faizlərini ödədikləri üçün problemlər diqqətdən yayındırılr. Bütün hallarda isə Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti kreditlərə nəzarəti də həyata keçirdiyinə görə hər şey sakitcə ört-basdır edirlir.
Eyni zamanda mənbəmizin bildirdiyinə görə, nəzarət gücünü əlində saxlayan, Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin timsalında Abbas Qaraçiyev bankların rayon filiallarından ayrılmış kreditlərin aidiyyatı üzrə xərclənməməsi ilə şantaj edərək onlardan da “şapka” alır.
Aldığımız məlumata görə, xidmət rəisinin müavini Abbas Qaraçiyevdə məhz bu cür problemli kreditlərin üzə çıxmamsı və bank rəhbərlərinə problem olmaması üçün həmin məsələni kiçik bir anlaşma ilə yoluna qoyur. Bu anlaşma isə bank müdirinin dövlətdən aldığı kreditin 10 fazini Abbas müəllimə nəqd şəkildə verməsidir.
Bildirək ki, Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti əsasən “Muğanbank”, “Turanbank”, “Kredobank”, “Zaminbank”, “Gəncəbank”, “Parabank”, “Caspian Development Bank” ASC ilə əməkdaşlıq edir.
Xatırladaq ki, bizə daxil olan məlumatları dünən pia.az saytına açıqlama verən kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov da təsdiq edib. Ekspert bildirib ki, “Azərbaycanda kredit rüsurslarının idarə edilməsi bərbad haldadır” və bu kreditlərin böyük əksəriyyəti kənd təsərrüfatına yönləndirilməməklə yanaşı, eyni zamanda fermerlərə ayrılan güzəştli kreditə görə “şapka” tələb olunur ki, bunun nəticəsində də alınan kreditlər kəndliyə ziyan vurur.
Qeyd edək ki, Xidmət həmçinin bir neçə bank olmayan kredit təşkilatı və kredit ittifaqları ilə də əlbir şəkildə işləyir. Həmin bank, kredit təşkilatları ilə Xidmətin hansı maliyyə fırıldaqları həyata keçirməsi ilə bağlı etməsi və Rüfət Rüstəmzadə-Abbas Qaraçiyevin necə böyük gəlirlər əldə etməsi ilə növbəti araşdırma yazımızda ətraflı məlumat verəcəyik.
Araşdırmamız davam edir.
Yazıda adı keçən qurum və şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 
Milliyol.az

www.yenicag.az

1747
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv