Binəqədi rayonunda fəaliyyət göstərən “Heydər” məscidində cari təmir işləri həyata keçiriləcək.
Yenicag.az xəbər verir ki, bununla bağlı “Heydər” məscidi idarəsi satınalma müsabiqəsi elan edib.
Müsabiqə sentyabrın 6-na kimi davam edəcək.
“Heydər” məscidinin inşaasına 2012-ci ildə başlanılıb. 2014-cü ildə məscid istifadəyə verilib. Məscid 12 000 kvadratmetr sahədə tikilib. Daxili sahəsi 4200 kvadratmetrdir./qaynarinfo/