Həyətindəki qoz ağacından özünü asdı – Borca görə

asdiozunuAğdamda intihar hadisəsi qeydə alınıb.

Hadisə rayonun Xındırıstan kəndində baş verib. Kənd sakini 1962-ci il təvəllüdlü Atapur Mövsüm Məhəmmədəli oğlu həyətindəki qoz ağacından özünü asıb.

Onun külli miqdarda borcu olduğu, bu səbəbdən intihar etdiyi bildirilir.

Faktla bağlı Ağdam rayon Polis İdarəsi araşdırma aparır.