Nazirlər Kabineti “Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin Siyahısı”nda dəyişikliklər edib.
Yenicag.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Dəyişikliklərə görə, heyvanlarda bruselyoz xəstəliyi üzrə aparılan planlı profilaktiki müayinələr dayandırılıb.
Həmçinin heyvanların ümumi xəstəlikləri siyahısına blutanq, atların qripi, atların rinopnevmaniyası xəstəlikləri əlavə edilib.