“Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” stansiyasının “ET-5M” tipli 1 saylı eskalatorunda əsaslı təmir işlərinə başlanılıb.
Yenicag.az xəbər verir ki, QSC-dən verilən məlumata görə, müvafiq texniki göstəricilərinə uyğun olaraq, bu tip eskalatorlar təxminən 150 min km qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır.
Təmir dövründə eskalatorun əsas hissələri sökülərək, təmir-təftiş olunacaq, zəruri hissələr yenilənərək quraşdırılacaq.
Eskalatorların yenidən istismara verilməsi may ayına planlaşdırılır.
Qeyd edək ki, bu eskalatorda əsaslı təmir işləri ilk dəfə aparılır.