Hicaba görə iki restoran bağlandı

Məşhəd şəhərində iki məşhur restoranın lisenziyası məcburi hicab qaydalarına riayət etməyən müştərilərə xidmət göstərdiyi üçün ləğv edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Məşhədin Polis İdarəsinin bəyanatında bildirilib.

Həmçinin, Tehranda da məşhur “Lako” restoranının fəaliyyətinə eyni ittihamla qadağa qoyulub.

Qeyd edək ki, son aylar İranda məcburi hicab qaydalarına riayət edilməyən və musiqi səsləndirilən 2 mindən çox iş yerinin fəaliyyəti qadağan edilib.