!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Hicabın qadağan olunması təklifi boş populizmdir” – Gürcüstanlı deputat

!Reklam – Yazi

“Belə bir təklifi irəli sürən fraksiyanın özü də daxili fikir ayrılıqlarına görə dağılıb”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Gürcüstanda hicabın qadağal olunmasına dair təkliflərə münasibət bildirən qonşu ölkə parlamentinin müxalifətçi Vahid Milli Hərəkat Partiyasından olan deputatı Azər Süleymanov deyib.

Azər Süleymanovun sözlərinə görə, hicabın qadağan olunmasına dair çağırışları nə parlament, nə də Gürcüstan cəmiyyəti qəbul etmir:
“O təklifi irəli sürən partiyanın parlamentdə üç-beş deputatı var, özlərini diqqət mərkəzinə gətirmək üçün müxtəlif təklifləri ortaya atırlar. Hicabla bağlı təklif də onlardan biridir.

Sizə deyim ki, belə bir təklifi irəli sürən fraksiyanın özü də daxili fikir ayrılıqlarına görə dağılıb. Yəni, heç onların öz aralarında da həmrəylik yoxdur.

Hicabın qadağan olunması təklifləri boş populizmdir. Təbii ki, deputatların əksəriyyəti bu çağırışlara neqativ yanaşır. Nə parlament, nə də Gürcüstan cəmiyyəti bu cür qadağaların tətbiqini qəbul etmir. Ona görə də həmin çağırışları ciddiyə almaq lazım deyil”.

Qeyd edək ki, Gürcüstan parlamentindəki “Vətənpərvərlər alyansı” ölkədə hicabın qadağan olunmasını təklif edib.

A.Zeynalov

www.yenicag.az

1805
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv