Hidayət Heydərov beşinci dəfə Böyük Dəbilqəni qazandı

Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakı Böyük Dəbilqə turnirinin qızıl medalını qazanıb.

Yenicag.az xəbər verir ki, ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan Bakı Böyük Dəbilqə turnirinin ikinci yarış günü kişilər arasında -73 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Moldova təmsilçisi Petru Pelivan üzərində qələbə qazanaraq qızıl medal əldə edib.

Bununla da o, 5-ci dəfə Böyük Dəbilqəni qazanıb.