Hidayət Heydərov DÇ-də yarımfinalda

Azərbaycanlı cüdoçu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında yarımfinala yüksəlib.

Yenicag.az xəbər veerir ki, 1/4 finalda monqolustanlı Odbayar Qanbaatarla qarşılaşan idmançı rəqibini vazaari xalı ilə üstələyib. Finala çıxmaq üçün isə o, yaponiyalı Soiçi Haşimotonu məğlub etməlidir.

Qeyd edək ki, yarımfinal və medal görüşləri saat 16:00-da başlayıb.