Hidrotəyyarə qəzaya uğradı

Kanadada hidrotəyyarə qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, pilot hidrotəyyarənin xüsusi şassisini istifadə edərək Ottava yaxınlığında yerləşən hava limanında eniş etmək istəyib, lakin yanacaq sistemindəki problemlərə görə hidrotəyyarə yaxınlıqdakı meşəyə düşüb.

Bildirilir ki, təyyarənin göyərtəsində iki nəfər olub. Onlar sağ qalıb və bir neçə ağacın arasın ilişən təyyarədən özləri çıxıblar./Trend/