Hikmət Eren: ’’Ermənistan hər cür çirkin və riyakar əməllərdən istifadə edir’’

Azərbaycanın hərtərəfli inkişafı, həyata keçirilən beynəlxalq iqtisadi layihələrin dünya birliyi tərəfindən dəstək alması və bəyənilməsi Cənubu Qafqazda kompleks dirçəliş mühiti yaradıb. Təbi ki, bütün bu prosesdə Azərbaycan regional liderlik missiyasını əzmlə qoruyur. Belə bir şəraitdə Ermənistana işğalçılıq siyasətindən əl çəkib inkişaf tərəfdarlarına qoşulmaq yolunu tutmaq qalır.

Yenicag.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Türkiyədə fəaliyyət göstərən Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədri (EkoAvrasya) və eyniadlı jurnalın baş redaktoru, iqtisadi məsələlər üzrə tanınmış ekspert Hikmət Eren ifadə edib.

Son günlər təcavüzkar tərəfin Azərbaycanın Tovuz bölgəsində törətdiyi qarşıdurmanı beynəlxalq səviyyəli hərbi təxribat kimi dəyərləndirən ekspert deyib:

“Ermənistan Azərbaycanın çoxistiqamətli inkişaf dinamikasını həzm edə bilmir. Lakin təcavüzkar tərəfin rəhbər şəxsləri, siyasi dairələr yaxşı bilirlər ki, regiondakı beynəlxalq iqtisadi layihələrdən təcrid olunmağın iki mühüm səbəbi var: birincisi Azərbaycana qarşı işğalçılıq siyasəti və onun fəsadları, ikincisi Türkiyəyə qarşı əsasız iddialar. Hər iki halda ənənələri davam etdirmək Ermənistan rəhbərliyində sanki bir varislikdir.

Yaxşı olar ki, işğalçı tərəf bütün bu məsələlərə görə, günahı özündə axtarsın və vəziyyətin gerçəkliyini dərk etsin. Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında söylədiyi kimi: təcavüzkar tərəfin bu siyasəti olduqca ziddiyyətlidir və bu siyasət Ermənistan üçün böyük təhlükə mənbəyidir. İndi ortada acı bir həqiqət var: Ermənistan təcavüzkar siyasətini davam etdirmək üçün hər cür çirkin və riyakar əməllərdən istifadə edir. Vəziyyətdən normal çıxış yolu budur ki, ya Ermənistanda həqiqətən də öz xalqının maraqlarını dünən bir lider ortaya çıxıb real konsepsiya irəli sürməlidir, ya da bu forpostun sahibi bunları başa salmalıdır ki, sizin xəyal etdiyini dövrələr 1990-cı illərdə qaldı. Şəhidlərimizin ruhu qarşısında baş əlir və vətən sağ olsun deyərək Azərbaycanın yanında olduğumuzu bəyan edirik.”