Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddini qəbul edib.

Yenicag.az xəbər verir ki, bu barədə Qasım Mohiuddin “X” platformasındakı paylaşımında bildirilib.

“2025-ci ilə doğru irəliləyərkən Pakistan və Azərbaycan arasında qardaşlıq münasibətlərində daha böyük uğurlara nail olmaq üçün öz öhdəliyimizi qoruyuruq”-səfir qeyd edib.