!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Hikmət Hacıyev Qriqoryan ilə görüşdü

!Reklam – Yazi

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə görüşüb.

Yenicag.az xəbər verir ki, bu barədə öz “Twitter” səhifəsində ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan yazıb.

“Bu gün birbaşa və konstruktiv danışıqlar üçün Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı qonaq etdim. Biz şiddətin qarşısının alınmasının, vaxta bağlı və diqqət mərkəzində olan danışıqların aparılmasının vacibliyini müzakirə etdik. Biz sabit və dayanıqlı sülhə dəstək olaraq irəliyə doğru konkret addımlar da müəyyənləşdirdik”, – deyə Ceyk Sallivan qeyd edib.

www.yenicag.az

183
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv