Hikmət Hacıyev şəhidlərlə bağlı paylaşım etdi

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Vətən müharibəsindəki şəhidlərlə bağlı paylaşım edib.

Yenicag.az xəbər verir ki, Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində şəhidlərimizlə bağlı başsağlığı verib.

“Uca Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlər ölməz!”, – deyə, paylaşımında bildirib.