Hikmət Hacıyev Türkiyə Prezidentinin rəsmi nümayəndəsi ilə danışdı

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezidentinin Mətbuat Katibi İbrahim Kalın ilə telefon danışığı keçirib.

Yenicag.az-ın məlumatına görə, bu barədə Prezident köməkçisi öz “Twitter” səhifəsində yazıb.

H.Hacıyev bildirib: “Daim təmasda olduğum yaxşı dostum İbrahim Kalınla telefon danışığımdan məmnunam. Ermənistan-Azərbaycan münaqişəsinin həllində Türkiyənin ATƏT-in və Minsk Qrupunun üzvü və regionun lider ölkəsi kimi vacib rolunu bir daha təsdiq etdik”.