Hikmət Hacıyev türkiyəli həmkarı ilə görüşdü

Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə Ankarada görüşüb.

Yenicag.az xəbər verir ki, bu barədə Yılmaz “X” sosial şəbəkə hesabında bildirib.

“Mən cənab Hacıyevə səfərinə görə minnətdarlığımı bildirir və bu münasibətlə dost və qardaş Azərbaycan xalqına öz sevgimi çatdırıram”, – C.Yılmaz qeyd edib.

Görüş zamanı regional və qlobal məsələləri, o cümlədən ikitərəfli münasibətlər müzakirə edilib.

COP29