Hikmət Hacızadə vəfat etdi – VİDEO / YENİLƏNDİ

Video əlavə edildi

*** 10:10

Azərbaycanın Rusiyadakı keçmiş səfiri, politoloq Hikmət Hacızadə dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, bu barədə onun oğlu Adnan Hacızadə “Facebook” profilində məlumat verib:

“Bu gün atam Hikmət Hacızadə dünyasını dəyişdi. Hikmət bəy insult keçirmişdi. Atam saat 11.30-da Yasamal Qəbirstanlığında torpağa tapşırılacaq. Pandemiya ilə əlaqədar olaraq heç bir yas mərasimləri nəzərdə tutulmayıb”.