Hikmət Həsənov birinci müavin təyin edildi

General-mayor Hikmət Həsənova yeni vəzifə verilib.

Yenicag.az “Unikal”a istinadən xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəis müavini, general-mayor Hikmət Həsənov tutduğu vəzifədən azad edilib.

Digər əmrlə isə H. Həsənov Hərbi Akademiya rəisinin birinci müavini təyin edilib.

Qeyd edək ki, H. Həsənov  2014-2021-ci illərdə Birinci Ordu Korpusunun komandiri olub.