Himalay dağlarında helikopter itdi

Nepalın mərkəzi hissəsində, Himalay dağlarında içərisində 7 nəfərin olduğu helikopter itib.

Yenicag.az-ın məlumatına görə, helikopter kəndlərin birindən xəstə sakini paytaxt Katmanduya aparırmış.

İtən helikopterdə pilotla yanaşı, 6 sərnişin də olub. Sərnişinlər arasında bir yaponiyalı turistin olduğu deyilir.

Helikopterin axtarışları üçün xilasedicilər bölgəyə yollanıb./Trend/