Hindistanın məşhur aktrisası Şridevi vəfat edib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Dubaya yaxın qohumunun toyuna gedən aktrisanın qəfildən ürəyi dayanıb.
54 yaşlı aktrisa toya ailəsiylə – prodüser olan əri Boni Kapur və kiçik qızıyla birgə gedib.
Hindistanın prezidenti Ram Natx Kovind aktrisanın ölümüylə əlaqədar başsağlığı verib.
Qeyd edək ki, hind kinosunun ulduzu karyerası ərzində 265 filmə çəkilib.