“Hindistan Çinlə sərhədə daha 10 min əsgər göndərdi” – Bloomberg

Hindistan Çinlə sərhədə daha 10 min əsgər göndərib.

Yenicag.az xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb.

Nəşr bildirir ki, Hindistan Çinin Tibet Muxtar Bölgəsini Hindistanın şimalındakı Uttarxand və Himaçal Pradeş əyalətlərindən ayıran hissə olan 532 km-lik sərhədin müdafiəsini gücləndirmək qərarına gəlib. Həmin hissə Pekinlə ərazi mübahisəsi bölgəsində yerləşir.

Qeyd olunur ki, əlavə qüvvələr artıq orada yerləşən iki yüz min hindistanlı əsgərdən ibarət hərbi kontingentə qoşulacaq.

Jurnalistlər qeyd edirlər ki, “sərhədin bu hissəsinə misli görünməmiş qoşun yeridilməsi həm regionun strateji əhəmiyyətini, həm də Hindistan rəhbərliyinin gözündə artan həssaslığını göstərir”.

Xuraman Etibarlı

COP29