Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub.
Yenicag.az xəbər verir ki, bu barədə BMT-nin Əhali Fondunun (UNFPA) hesabatında deyilir.
Hazırda bu ölkədə 1 milyard 442 milyon insan var.
İkinci yerdə 1 milyard 425 milyonla Çindir.
Fond Hindistan əhalisinin artımını ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşması və ana ölümü səviyyəsinin azalması ilə əlaqələndirir.
BMT-nin hesablamalarına görə, 1990-cı ildə dünyada ana ölümlərinin 26 faizi Hindistanın payına düşüb, 2020-ci ilə qədər bu rəqəm səkkiz olub.
Hesabata görə, hazırda Hindistan əhalisinin 26 fazii 10-24 yaş arasındadır.
Ötən il ölkədə orta ömür həddi kişilər üçün 71, qadınlar üçün isə 74 yaş hesab edilib.
2011-ci ildə aparılan son siyahıyaalmaya görə, Hindistanın əhalisi 1 milyard 210 milyon idi.
Çinin əhalisi, BMT-nin hesablamalarına görə, 2022-ci ildə 1milyard 426 milyon nəfərə çatıb və azalmağa başlayıb.
Mütəxəssislər bu əsrin sonuna qədər Çin əhalisinin 1 milyarddan aşağı düşəcəyini proqnozlaşdırıblar.
Digər tərəfdən Hindistan əhalisinin növbəti bir neçə onillikdə artmağa davam edəcəyi gözlənilir./APA/