Hindistan elmi-təqdiqat institutunda partlayış: 1 nəfər öldü, 3 nəfər yaralandı

Hindistanın Banqalore şəhərində elmi-tədqiqat institutunda hidrogen balonu partlayıb.

Yenicag.az xəbər verir ki, partlayış nəticəsində 1 nəfər ölüb, daha 3 nəfər yaralanıb.

Hadisə instituta aid olan aerokosmik laboratoriyada baş verib.

Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Partlayışın baş vermə səbəbləri məlum deyil. Araşdırma aparılır.

COP29