Hindistan kosmosda ilk hərbi təlimlərini keçirəcək

Hindistan Silahlı Qüvvələri həftəsonu ölkə tarixində ilk dəfə kosmosda hərbi təlimlər keçirməyi planlaşdırır.

Yenicag.az xəbər verir ki, təlimlər “İndSpaceEx” adlanır.

Daha öncə Hindistanın baş naziri Narendra Modi demişdi ki, Hindistan öz maraqlarını kosmosda qorumaq üçün şərait yaratmalıdır.

Baş nazir Hindistanın artıq kosmik ölkə olduğunu da vurğulamışdı./Trend/