Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı özünün kosmik stansiyasını yaratmaq istədikləri barədə açıqlama verib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, stansiyanın 2030-cu ilə qədər qurulması planlaşdırılır.
Məlumata əsasən, Hindistan 20 tonluq stansiya yaradacaq. Kosmonavtlar 15-20 gün qala biləcək.
Eyni zamanda planın reallaşdırılması üçün heç bir ölkədən yardım istənilməyəcək.
Hazırda Yerin orbitində ABŞ, Rusiya, Çin və bir sıra digər ölkələr stansiyaya malikdir.